Sadıq Sadıqov: Ən böyük günah məndədir
24.10.2011 - 15:02
“Neftçi” klubunun prezidenti Sadıq Sadıqovun apasport.az saytına müsahibəsi
- Komandanız son 2 turda 5 xal itirib. Ümumiyyətlə, “Neftçi”nin cari mövsümdə çıxışı sizi nə dərəcədə qane edir?
- Komandanın çıxışı nəinki məni, heç kimi qane edə bilməz. Bir az arxayınlaşma ilə bağlı məsələlər var idi, onları aradan qaldırmaq lazımdır. Yəqin ki, komanda “Xəzər Lənkəran”la oyunlarda özünü göstərəcək. Tədbirlər planımız olacaq və yəqin ki, bunlar həyata keçəndən sonra komanda özünə gələcək. Komandama inanıram, çempionat uzun estafetdir. İstənilən halda, “Neftçi”dən həm çempionluq, həm də kuboku qazanmağını istəyirəm. İnşallah, komandam da buna nail olacaq.
- Vəziyyətdən çıxış yolu kimi hansı tədbirlər planı hazırlayırsınız? Nəyə diqqət yetiriləcəyini bilmək olarmı?
- Bu, bizim daxili işimizdir, bunu açıqlamaq düzgün çıxmaz. Bildiyiniz kimi, sabah “Qarabağ”la təxirə salınmış oyunumuz var. Bundan sonra iclas keçirib, komanda ilə söhbət edəcəm. Ola bilsin ki, burada mənim də günahım vardı. Bu da şəxsi problemlə bağlıdır və o üzdən ay yarımdır komandanın yanında ola bilmirəm. Elə vəziyyət yaranır ki, bəzi problemlər üzündən oyunlara baxmaq imkanım olmur. Allahın köməyi ilə həmin problemləri çözdük və yenə də komandanın yanındayam. Bu zaman futbolçular tez ruhlanar.
- “Qarabağ” çempionluq uğrunda əsas rəqiblərinizdən biridir. Sabahkı qarşılaşmada uğurlu başlanğıcın təməli qoyula bilərmi?
- Bəli, komandamızın qələbə qazanmasını gözləyirəm. Bu zaman futbolçular “qara zolaq”dan çıxa bilərlər. “Neftçi” hər komandaya böyük rəqib kimi baxır. Hər bir görüşə də çempionluq oyunu kimi çıxırıq. Yenə deyirəm ki, burada bəxt amili də rol oynayır. Ancaq özünüz də bilirsiniz, bu gün “Qarabağ” Azərbaycanda ən güclü klublardan biridir, bu komandanı məğlub etmək asan deyil. Əlbəttə, qalib gəlsək, stimul artacaq. Fikrimiz ancaq və ancaq 3 xalı qazanmaqdır.
- Birinci dövrə sona yaxınlaşır. Ötən mövsümlə müqayisədə, hansı “Neftçi” daha güclü, hansı komandanın oyunu daha ürəyinizcə idi?
- Əlbəttə ki, keçən mövsüm “Neftçi”nin oyunu göz qabağında idi. Özünüz də yaxşı bilirsiniz ki, komandada baş məşqçi dəyişikliyi oldu. Bu isə hər komandaya uğur gətirə bilər. Çünki hər məşqçinin öz taktikası var. 2-ci aydır Böyükağa Hacıyev baş məşqçi təyin olunub. Ola bilsin ki, futbolçular yeni çalışdırıcının taktiki gedişlərinə hələ alışmayıblar. Keçən ilki “Neftçi” ilk dövrəni 1-ci yerdə tamamladı, sona 3 tur qalmış çempionluğu rəsmiləşdirdi. Onda futbolçular bir-birlərini çox yaxşı başa düşürdülər. Onda istək bundan daha çox idi. Burada səbəbkar kimi prezident amili də böyükdür. Ən böyük günahı özümdə görürəm. Mən həmişə - həm yaxşı, həm də pis günündə komandanın yanında olmuşam. Ola bilsin ki, son 1-2 ayda şəxsi işlərlə məşğul olduğuma görə vəziyyət belə alındı. Bu da uduzmağımızın səbəblərindən biri ola bilər.
- Prezident komandanın yanında olanda, futbolçular özlərinə məsuliyyətlə yanaşırlar. Əks təqdirdə, futbolçuların arxayınlaşması sonda nəticəyə mənfi təsir edir...
- Elədir, qardaş. Mən komandanı götürəndən həmişə bir yerdə olmuşuq. Özünüzün də bundan xəbəriniz var. Elə olur ki, oyundan sonra 2-3 saat birgə müzakirələr aparırıq, idmandan kənar şəxsi məsələlərimizi də həll edirik. Mənim burda olmamağım komandanın oyununa təsir edə bilər. Çalışacağam ki, bundan sonra yenə “Neftçi”nin yanında olum və sabah Allahın köməyi ilə qələbə qazanıb, çempionluq, kubok yolunda uğurlu çıxışımızı davam etdirərik.
- Böyükağa Hacıyevin işinə necə qiymət verərdiniz?
- Ondan bir mütəxəssis kimi çox razıyam. Neçə ildir idmandayam, yaxşını pisdən ayıra bilirik. Bu gün Böyükağa müəllimin heç bir problemi yoxdur. O, həm nəzəri, həm də taktika baxımından savadlı məşqçidir. İnanıram ki, Hacıyevlə böyük işlər görə bilərik. Nəinki indiki, gənclərdən ibarət komanda hazırlayıb, gələn çempionatda da öz sözümüzü deyərik. Məqsədimiz də budur ki, komandanı tam gəncləşdirib, meydana 70 faiz yerli futbolçulardan ibarət komanda çıxaraq.
- Belə demək olarmı ki, həmin komandada legionerlərin sayı azalacaq?
- Yox, onsuz da digər klublarla müqayisədə bizdə legionerlərin sayı azdır. Bilirsiniz ki, Rodriqinyo Zaqreb “Dinamo”su ilə oyundan sonra zədələndi. İndi 8 legioner oynadırıq və onlardan da zədələnən olur. Bu zaman isə say azalır. Həmin vaxt yerli futbolçulara üstünlük verməyə məcbur oluruq. Düzdür, legionerlərdən də bəzilərinin oyunu məni qane etmir və “Qarabağ”la oyundan sonra onlarla da söhbətim olacaq. Elə başa düşürəm ki, legionerlərimizin sayı 8-dən çox olmayacaq. Bu, o deməkdir ki, gənc, yerli futbolçulara üstünlük veriləcək.
- Əcnəbi hücumçularınız Bahodir Nasimovla Emil Mpenzaya böyük ümidlər bəslənilsə də, onlar qol vura bilmirlər. Əvəzində xeyli vaxt komandadan kənarda qalan Fərid Quliyev sonradan meydana çıxmaqla, artıq 2 vacib qol vurub...
- Xahiş edirəm, gəlin, ad çəkməyək. Bizim həmin legionerlərlə müqaviləmiz var. Hələ gözləyək və lazım olan vaxta onlar haqda açıqlama veriləcək.
- Komandanın, xüsusilə hücum xəttinin güclənməsinə ehtiyac olduğunu düşünürsünüzmü? Çünki mövsümlərarası fasilədə yalnız qapıçı Saşa Stamenkoviçi aldınız və baş məşqçi dəyişikliyindən sonra heç bir transfer olmadı...
- Gücləndirmək deyəndə ki, keçən çempionat Bahodir vurduğu qollarla öz sözünü dedi. Onda hamı deyirdi ki, Bahodir “Neftçi” üçün bir tapıntıdır. Bu il bilmirəm, necə oldu ki, onun məhsuldarlığı birdən-birə azaldı. Bunların hamısına aydınlıq gələcək. Bu gün bizim Fəridimiz var, 2 turdur öz sözünü deyir. Elə başa düşürəm ki, hazırda hücumçuya ehtiyacımız yoxdur. Bir az öz üzərlərində işləsələr, yaxşı olar.
Mehman SÜLEYMANOV

0
0