“30 illik dostluğumuzu futbola görə korlayan deyilik, qardaş”
24.10.2011 - 16:17
“AFFA bizə məktubu mən burda olmayanda göndərib. Onu hələ görmədiyimdən, cavab yazmamışıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Neftçi”nin prezidenti Sadıq Sadıqov deyib. Premyer Liqamızın VII turunda “Neftçi” – “Bakı” oyunundan sonra baş verən qalmaqala baxan AFFA-nın İntizam Komitəsi (İK) qonaqların futbolçusu Elvin Əliyevin döyülməyi faktı ilə bağlı rəsmi qərarını açıqladı. Belə ki, hər iki komandaya daxili intizam qaydalarını gücləndirməsini tövsiyə edilmiş, həmçinin “Neftçi” rəhbərliyinə baş vermiş olayla bağlı təqsirkar şəxslər haqqında lazımi ölçü götürməsini tapşırılmışdı.
Sadıqov baş verənlərlə əlaqədar həmşəhərliləri ilə bütün şeyləri müzakirə etdiklərini bildirib: “Özünüz də bilirsiniz ki, mənim “Bakı” rəhbərliyinə çox böyük hörmətim var. Biz onlarla uşaqlıq dostuyuq. “Bakı” rəhbərliyinin Azərbaycan futboluna göstərdiyi diqqət və qayğı göz qabağındadır. Biz bütün məsələlərimizə aydınlıq gətirdik. Klubun vitse-prezidentləri Zeynal Məmmədov, Yaşar Seyidov yanımda idi. Elvin Əliyevlə futbolçumuz Mirhüseyn də orda idi. Biz oturub, baş verənləri müzakirə etdik. Həmin gün məsələyə son qoyuldu. Ola bilsin ki, AFFA-nın məktubu hələ mənə gəlib çıxmayıb. Çıxsa, məktuba cavab yazacağıq. 2 aydır burda deyildim. Şəxsi işlərimlə əlaqədar Azərbaycanda gec-gec, daha çox xaricdə oluram”.
İK qərarında həmçinin bildirilir ki, “Neftçi” Premyer Liqanın növbəti ev oyunları zamanı ictimai asayişi gücləndirib, analoji hadisənin baş verməməyi üçün lazımi tədbirlər görməlidir. Əks halda, oxşar olayın baş verəcəyi təqdirdə komandaya qarşı ən sərt tədbirlər görüləcək. Prezident lazımı tədbirlər gördüklərini və baş verənlərin təkrarlanmayacağını bildirir: “Bəli, biz nəticə də çıxartdıq, qərarımızı da verdik. Elə şeylər “Neftçi”nin adına yaraşan deyil. Gələcəkdə bunların yol verilməyi mümkün deyil. Qıraqdan-bucaqdan qızışdırıcılar olmasa... Bu gün “Bakı” ilə heç bir problemimiz yoxdur. 30 illik dostluğumuzu futbola görə korlayan deyilik, qardaş. Mən elə insanam ki, dostluğu, qardaşlığı hər şeydən irəli tuturam. Mirhüseyni tənbeh etdik. Bu, tərbiyəvi planda idi. Belə hərəkətin bir daha təkrar olunmamağı, meydançada söyüşlərin edilməməyi, bir-birlərinə çox hörmətlə yanaşmaq əsasdır. Bizdə bu planda işlər görülür. Yəqin ki, bu gün-sabah bazada olanda AFFA-ya gördüyümüz işlərlə bağlı yazılı surətdə məktub ünvanlayacağıq. Həmin gün bütün məsələlərə tam aydınlıq gətirəcəyik”.
Mehman SÜLEYMANOV

0
0