“Neftçi” – “Qarabağ” oyunu Əhmədova tapşırıldı
24.10.2011 - 16:32
“Neftçi” – “Qarabağ” oyunu Əhmədova tapşırıldı
Premyer Liqanın I turunun təxirə salınmış “Neftçi” – “Qarabağ” oyununa hakim təyinatları açıqlanıb. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, sabah keçirləcək qarşılaşmada əsas söz sahibi Rövşən Əhmədov olacaq.

Təcrübəli ədalət təmsilçisinə Elman Musayev və İlham Əliyev köməklik edəcəklər. Qarşılaşmada IV hakim funksiyasını isə Əliyar Ağayev yerinə yetirəcək.

Qeyd edək ki, “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq “Neftçi” – “Qarabağ” oyunu saat 15:00-da start götürəcək.