Makedoniya yığması millimizə rəqib oldu
24.10.2011 - 16:41
Makedoniya yığması millimizə rəqib oldu
Futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsində Azərbaycan millisinin yer aldığı 5-ci qrupda mübarizə aparacaq sonuncu komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ilkin seçmə mərhələnin E qrupunda 1-ci yeri tutan Makedoniya yığması, əsas seçmə mərhələdə Azərbaycan, Xorvatiya və Ukrayna milliləri ilə eyni qrupda dünya çempionatına vəsiqə uğrunda yarışacaq. Bu mərhələnin oyunları dekabrın 14-dən 18-dək olan müddətdə keçiriləcək.

Mənbə: affa.az