Amit Quluzadə zirvəni ələ keçirdi
25.10.2011 - 08:32
Amit Quluzadə zirvəni ələ keçirdi
Azərbaycan milli komandasının futbolçusu Amit Quluzadə Türkiyə çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 18 yaşlı yarımmüdafiəçi Bank Asiya I Liqasında şərəfini qoruduğu “Ərciyəsspor”da növbəti matçına çıxıb.

Amit Kayseri təmsilçisinin “Girəsunspor”la görüşün 58-ci dəqiqəsində meydana daxil olub. Həmyerlimizin komandası 88-ci dəqiqədə vurulan qolla 1:0 hesabı ilə qalib gəlib. Bu qələbədən sonra xal hesabını 16-ya çatdıran “Ərciyəsspor” 8 turdan sonra turnir cədvəlinin zirvəsinə yüksəlib.