Milli komandanın baş məşqçisi ilə müqavilə uzadıldı
25.10.2011 - 09:09
Milli komandanın baş məşqçisi ilə müqavilə uzadıldı
Estoniya futbol federasiyası milli komandanın baş məşqçisi Tarmo Ruutli ilə əməkdaşlığın davam etdirilməsinə qərar verib. Apasport.az saytının məlumatına görə, 57 yaşlı mütəxəssislə yeni müqavilə imzalanıb. Komandasını Avro-2012-nin pley-off mərhələsinə çıxaran çalışdırıcı 2013-cü ilin sonuna kimi iş başında olacaq.

Qeyd edək ki, Ruutli 2008-ci ilin əvvəlindən yığmaya rəhbərlik edir.