Yığmamızın üzvünə 3 verdilər
25.10.2011 - 09:35
Yığmamızın üzvünə 3 verdilər
Azərbaycan milli komandasının üzvü Amit Quluzadə Türkiyə çempionatında ən pis oyunlarını keçirib. Apasport.az saytının məlumatına görə, 18 yaşlı yarımmüdafiəçi Bank Asiya I Liqanın VIII turunda çıxış etdiyi “Ərciyəsspor”un ən zəif oyunçusu olub.

Belə ki, “Girəsunspor”la qarşılaşmanın 58-ci dəqiqəsində meydana daxil olan həmyerlimizin oyunu Türkiyə mətbuatı tərəfindən 3 qiyməti ilə dəyərləndirilib. Bu isə 1:0 hesabı ilə qalib gələrək turnir cədvəlinin zirvəsinə yüksələn Kayseri təmsilçisində ən aşağı göstəricidir. Amitdən başqa yalnız 1 oyunçu – onun əvəzlədiyi Mətin belə zəif çıxış edib.