Bonfim 70-ci, Rusiç 1-ci oldu
25.10.2011 - 09:43
Premyer Liqanın X turunun “Bakı” ilə oyunu daha 2 futbolçunun ilk dəfə “Xəzər Lənkəran”da qol vurması ilə əlamətdar oldu. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, hesabı açan Eder Bonfim yeni klubundakı qol hesabını açan 70-ci futbolçu adına yiyələnib. Bu sayı yubiley həddinə çatdıran braziliyalı ölkəsinin komanda üçün qol vuran 8-ci təmsilçisi oldu.
Belə ki, bu matçadək “Xəzər Lənkəran”ın qollarına imza atan 69 futbolçudan 7-si də braziliyalı idi. Lakin bu göstəricidə rekord başqa ölkəyə məxsusdur. İndiyədək 12 rumıniyalı klubun formasında qol sevinci yaşayıb.
Matçda bərabərlik qolunu vuran Dejan Rusiç isə “Xəzər Lənkəran” tarixinin yeganə sloveniyalısı olduğundan ölkəsinin ilk qolunu vurdu.
Bununla da komandada qol vuran oyunçuların ümumi sayı 71-ə çatdı. Bunların da 45-i legionerdir.

0
0