Azərbaycan çempionu klubundan qovuldu
25.10.2011 - 10:17
Azərbaycan çempionu klubundan qovuldu
“Bakı” klubunun sabiq futbolçusu Stanislav Baçev çıxış etdiyi “Beroe” komandasından kənarlaşdırılıb. Apasport.az saytının məlumatına görə, Bolqarıstan təmsilçisinin baş məşqçisi İlian İliyev mövsümün sonunadək müqaviləsi olan 33 yaşlı müdafiəçinin xidmətindən imtina etməyə qərar verib. “Beroe”nin arxa xəttinin dirəyi sayılan mərkəz müdafiəçisi ilə bağlı qərarın səbəbi açıqlanmır. Klub rəhbərliyi müqavilə bitənə kimi Baçevin komanda ilə məşq etməsinə icazə verib.

Qeyd edək ki, 2008-ci ilin əvvəlindən 2009-cu ilin yayına kimi “Bakı”da çıxış edən Stanislav 2008/09 mövsümündə Azərbaycan çempionu olub.