“Lisenziyalarımız Pekin Olimpiadasından çox olacaq”
25.10.2011 - 10:25
“Neftçi” İdman-Sağlamlıq Mərkəzində 35 idman növü var. Bütün olimpiya növləri burada fəaliyyət göstərir. Bizim mərkəzin idmançıları keçən Olimpiadaya 26 lisenziya qazanmışdı”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Neftçi” İdman Sağlamlıq Mərkəzinin (İSM) sədri Sadıq Sadıqov deyib. Qurum Olimpiadaya lisenziya qazanan idmançıların sayında fəallığı ilə seçilir.
Sadıqov gələn il Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına da nikbin baxır. Onun sözlərinə görə, əvvəlki Olimpiada ilə müqayisə aparsaq, say az olmayacaq: “Yəqin ki, bu dəfə 27 lisenziyamız olacaq. 2008-ci il Pekin Olimpiadası ilə müqayisədə 1-2-i artıq olacaq, az olmayacaq. Sərbəst, yunan-Roma güləşindən, cüdodan, güllə atıcılığından lisenziya uğrunda mübarizə aparan idmançılarımız var. “Neftçi”nin idmançısı velosipeddən London-2012-yə vəsiqə qazandı. Bu, lisenziya baxımından bizim üçün gözlənilməz oldu. Yəni lisenziyalarımızın sayı günü-gündən artır. Hələ vaxtımız, sayı artırmağa imkanımız var”.
Qurum rəhbəri lisenziya gözlədikləri idman növlərindən danışdı: “Qarşıda ağır atletika, boks yarışları gəlir. Oradan da lisenziya gözləyirik. Bizim Avropa, dünya səviyyəli 2 boksçumuz var. Düzdür, onlar son dünya çempionatında heç bir şey edə bilmədilər. Ancaq biz onlara da inanırıq və lisenziya qazanacaqlarına ümidlərimiz var. Bədii gimnastika komanda yarışında lisenziya gözləyirik. Mən inanıram ki, lisenziyalarımız Pekin Olimpiadasından çox olacaq”.
Mehman SÜLEYMANOV

0
0