AFFA rəsmiləri Yunanıstanda seminar keçəcək
25.10.2011 - 10:20
Oktyabrın 26-da və 27-də Yunanıstanın paytaxtı Afinada UEFA-nın təşkilatçılığı ilə “Media təlimi və mətbuatın gələcək inkişafı” mövzusunda seminar keçiriləcək. Apasport.az saytının məlumatına görə, seminarda iştirak etmək üçün AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu və FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin Media və Kommunikasiya üzrə mütəxəssisi Aidə Əliyeva Afinaya yollanıblar.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0