Avrokuboklara çıxmayan məşqçi mövsümün ən yaxşısı seçildi
25.10.2011 - 11:05
İspaniya çempionatının ən yaxşı məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 2010/11 mövsümündə Primeranın ən yaxşı mütəxəssisi adına Maurisio Poçettino layiq görülüb.
“Espanyol”un argentinalı baş məşqçisi İspaniya Kral Futbol Federasiyasının seçimində “Barselona” və “Real”dan olan həmkarları Xosep Qvardiola və Joze Mourinyonu da arxada qoyub. Ona mükafatı qurumun prezidenti Anxel Mariya Vilyar təqdim edib.
Qeyd edək ki, “Espanyol” ötən mövsümün nəticələrinə görə heç avrokuboklara da çıxmamışdı.

0
0