“Neftçi” “Birlik kuboku”na getmir
25.10.2011 - 11:45
Rusiyada ənənəvi keçirilən “Birlik kuboku” turnirində yenilik tətbiq olunub. Apasport.az saytının məlumatına görə, 1993-cü ildən təşkil olunan yarışda gözlənilməz dəyişiklik baş verib.
Belə ki, bu dəfə yarışa klublar yox, postsovet məkanının ölkələrinin 21 yaşadək futbolçulardan ibarət yığmaları qatılacaq.
İndiyədək yarışda yığmanın oynamağı praktikası var idi. Bunlar ilk növbədə təşkilatçılara aid olub və Rusiya millisi adətən müsabiqədən kənar çıxış edib. Elə Azərbaycan da yığma səviyyəsində təmsil olunub.
Bu, çempionatımız keçirilməyən dövrə - 2003-cü ilə təsadüf edib. Həmin vaxt 21 yaşlılardan ibarət yığmamız turnirin iştirakçısı olmuşdu.
Özü də budəfəki turnir daha çox keçirilən Moskvada yox, bu il olduğu kimi Sankt-Peterbuqrda keçiriləcək. Bu dəfə yarış yanvarın 20-29-u aralığında olacaq.
Qeyd edək ki, “Birlik kuboku” 3 dəfə Azərbaycan klubları – 2006-cı ildə “Neftçi”, 2008-ci ildə “Xəzər Lənkəran”, 2011-ci ildə “İnter” qazanıb.
Yanvarda startı veriləcək yarışda isə ölkəmizi son çempion “Neftçi” təmsil etməli idi. Amma görünür, bu, “ağ-qaralara”a qismət olmadı.

0
0