“Neftçi” bəyanat yaydı: Belə şayiələr varsa, baş hakim dəyişdirilsin!
25.10.2011 - 12:32
“Neftçi” Rövşən Əhmədovun “Qarabağ”la oyuna təyinat alması ilə bağlı bəyənat yayıb. Apasport.az saytının xəbərinə görə, “ağ-qaralar” bugünkü matçın baş hakimi olan Əhmədovun dəyişdirilməsini tələb edib.
Bəyanatda bildirilir ki, son vaxtlar "Neftçi"nin iştirakı ilə keçirilmiş oyunların ətrafinda süni şəkildə xoşagəlməz söz-söhbətlər yaradılır: “Komandanın qələbə qazandığı oyunlarda mütləq hakim səhvləri və qərəz axtarılır. "Neftçi" məğlub olduqda isə bu böhtanlar müvəqqəti də olsa səngiyir. Məhz elə hakim səhvləri ucbatından "Neftçi" bəzi oyunlarda xal itirdi. Təkcə son turda "Kəpəz"lə matçda qeydə alınmayan qolumuz buna bir daha sübutdur. Çempionluğa oynayan bir komanda üçün 1 xalın belə nə qədər böyük əhəmiyyət kəsb etməsindən danışmaq yersiz olar”.
Qeyd olunur ki, 74 illik tarixi olan bir klubun yalançı uğurlara ehtiyacı yoxdur: “İlk turdan təxirə salınmış "Neftçi" – "Qarabağ" görüşü başlamamışdan əvvəl süni şəkildə söz-söhbətlər yaradılır. Bütün bunlar klublar arasında olan dostluq münasibətlərinə xələl gətirməyə xidmət edir. Məhz "Neftçi" klubu futbolumüzu düşünərək, Azərbaycan təmsilçisinin avrokuboklardakı çıxışını nəzərə aldı və "Qarabağ"la görüşün təxirə salınmasına razılıq verdi. Bəziləri tərəfindən bu matça təyinat almış hakimin qərəzli qəbul edəcəyi ehtimal edilir. "Neftçi" klubu olaraq bəyan edirik ki, əgər futbolumuza ləkə gətirən belə şayiələr varsa, oyunun baş hakimi dəyişdirilsin. "Neftçi" klubu olaraq hətta məğlub olduğumuz qarşılaşmalarda belə ədalətin tərəfində olmuşuq. "Neftçi" bu günə qədər Azərbaycan futbolunun inkişafına xidmət edib və bundan sonra da edəcək”.

0
0