AFFA futbolçuları söyən məşqçini cəzalandırdı
25.10.2011 - 12:54
AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında “Abşeron” klubunun məşqçisi Vüqar Hüseynovun məsələsinə baxılıb. Apasport.az saytının məlumatına görə, U-14 Liqasının “Babək”lə oyununda yol verdiyi hərəkətlər baş məşqçiyə baha başa gəlib.
Komandasının futbolçularına – 14 yaşadək uşaqlara qarşı kobudluğa yol verdiyi və onları təhqir etdiyi üçün baş məşqçi 12 oyunluq cəza verilib. Analoji hadisə adıçəkilən məşqçi tərəfindən təkrarlanarsa, ona qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.
Qeyd edək ki, “Babək” – “Abşeron” oyunu 1:1 hesabı ilə başa çatıb.

0
0