Payızın 18 anı - STATİSTİKA
25.10.2011 - 13:44
Payızın 18 anı - STATİSTİKA
Premyer Liqanın debütantı “Sumqayıt Şəhər” 2011/12 mövsümünə uğursuz başlayıb. Apasport.az saytının məlumatına görə, “Gənclik şəhəri” təmsilçisi startdakı ilk 10 turda qələbə qazana bilməyib.

1992-ci ildən keçirilən Azərbaycan çempionatları tarixində indiyədək 17 dəfə belə hala təsadüf olunmuşdu. Hər hansı komandanın uğursuz startı elə ilk çempionatda da müşahidə edilib.

Həmin vaxt Kürdəmir “Şirvan”ı 10 oyunda nəinki qələbə, xala da həsrət qalıb. Bundan sonrakı illərdə də komandanın antirekordunu təkrarlayanlar tapılıb. Avrokuboklarda oynamış klublarımızdan “Şəmkir” və “Şəfa”nın da ardıcıl 10 qələbəsiz və xalsız startına rast gəlinib. Ölkə çempionlarından “Turan”, “Kəpəz”, “Bakı” (“Dinamo-Bakılı” adlandığı vaxt) uğursuz starta üzülüb.

İlk 10 matçda qələbə qazanmayanlar sırasında Sumqayıt “Xəzər”ini də göstərmək olar. Düzdür, bu komandanın hesabında 1 qələbə var. Amma bu qələbəni onlara İntizam Komitəsi qazandırıb. Yəni, komandaya texniki qələbə verilib.

1992Şirvan (Kürdəmir)0010*2-350
1993Ümid (Cəlilabad)028*5-272
1993/94Kürmük (Qax)0287-222
1994/95Xəzər (Sumqayıt)1*098-373
1995/96Pambıqçı (Neftçala)0195-341
1996/97Şəmkir                               0010*3-610
1998/99Dalğıc ADNŞ (Bakı)0193-231
2000/01Şahdağ (Quba)019**4-331
2001/02Dinamo-Bakılı037*6-183
2003/04Kəpəz (Gəncə)019*6-331
2004/05Şəfa (Bakı)00108-300
2005/06Göyəzən (Qazax)0285-252
2006/07Şahdağ (Qusar)0465-164
2007/08ABN-Bərdə0374-223
2008/09Turan (Tovuz)0373-203
2009/10Standard (Sumqayıt)0287-182
2010/11Turan (Tovuz)0467-174
2011/12Sumqayıt Şəhər0373-143


“*” işarəsi texniki nəticələri göstərir.

Vüqar XEYRULLAYEV