Milli komandamızın AÇ-dəki oyunlarının tarixi dəqiqləşdi
25.10.2011 - 14:28
Azərbaycan futzal yığmasının Avropa çempionatının (AÇ) final mərhələsində keçirəcəyi oyunların tarixi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, D qrupuna düşən millimiz Portuqaliya ilə gələn ilin fevralın 1-də Bakı vaxtilə saat 00:00-da, Serbiya ilə 3-də saat 23:30-da görüşəcək. Hər 2 oyun Xorvatiyanın paytaxtı Zaqrebdə olacaq. Yanvarın 31-də start götürəcək Avro-2012-nin oyunları Xorvatiyanın 2 şəhərində - Zaqreblə yanaşı, Splitdə keçiriləcək. AÇ-yə fevralın 11-də yekun vurulacaq.
0
0