4 ildən sonra
25.10.2011 - 15:01
Premyer Liqanın ilk 10 turu “İnter”in müdafiədəki etibarlı oyunu ilə yadda qalıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi keçirdiyi 10 matçda qapısından cəmi 3 qol buraxıb.
Düzdür, bakılıların buraxdığı qolların sayı turnir cədvəlində 6 kimi göstərilir. Lakin bu qollardan 3-ü texniki nəticə sayəsində hesablanır. “Bakı”ya məğlubiyyətdə qapısından reallıqda qol buraxmayan “İnter”in belə oyunu çempionatlar tarixində də nadir hadisədir.
1 komandanın ilk 10 turda 3 və daha az qol buraxmasına indiyədək 11 dəfə təsadüf olunmuşdu. “Neftçi”, “Turan” və “Bakı” 2 dəfə startda belə yaxşı müdafiə ilə diqqət çəkib.
Mövsümün ilk 10 matçında 3 və daha az qo buraxanlar
“*” işarəsi texniki nəticələri göstərir. 3:0 hesabı ilə verilən qələbə və məğlubiyyətlər top fərqində nəzərə alınmayıb.

| 1992 | Neftçi (Bakı) | 10 | 0 | 0 | 30-2 | 30 |
|---|---|---|---|---|---|---|
| 1993 | Turan (Tovuz) | 6 | 4 | 0 | 12-2 | 22 |
| 1993/94 | İnşaatçı (Bakı) | 3* | 5 | 2 | 3-3 | 15 |
| 1995/96 | Xəzri (Buzovna) | 7* | 2 | 1 | 10-3 | 23 |
| 1996/97 | Turan (Tovuz) | 5 | 4 | 1 | 9-3 | 19 |
| 1998/99 | Dinamo (Bakı) | 7* | 1 | 2* | 13-2 | 22 |
| 1999/2000 | Şəmkir | 7 | 2 | 1* | 22-2 | 23 |
| 2001/02 | Neftçi (Bakı) | 6 | 2 | 2 | 12-2 | 20 |
| 2004/05 | Bakı | 7 | 2 | 1 | 15-3 | 23 |
| 2004/05 | MKT Araz (İmişli) | 6 | 3 | 1 | 10-3 | 21 |
| 2007/08 | Olimpik (Bakı) | 8 | 2 | 0 | 14-2 | 26 |
| 2011/12 | İnter (Bakı) | 5 | 3 | 2* | 8-3 | 18 |
“*” işarəsi texniki nəticələri göstərir. 3:0 hesabı ilə verilən qələbə və məğlubiyyətlər top fərqində nəzərə alınmayıb.
0
0