Millimizin daha bir futbolçusu evlənir
25.10.2011 - 23:03
Millimizin daha bir futbolçusu evlənir
Azərbaycan millisinin daha bir üzvü subaylığın daşını atır. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin müdafiəçisi Saşa Yunisoğlu oktyabrın 31-də evlənəcək.

Saşa və Dinara xanımın toyunda Azərbaycan futbolunun məsul şəxsləri, eləcə də “Qəbələ”nin ingiltərəli baş məşqçisi, məşhur futbolçu Toni Adamsın da iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, Saşa Yunisoğlu son olaraq, Avstriya ilə görüşdə qırmızı vərəqə alması ilə yadda qalıb. 26 yaşlı futbolçu məhz cəzalı olduğuna görə, qrupun Türkiyəyə qarşı keçirilən son oyununda meydançaya çıxmayıb.

Xatırladaq ki, Saşa Yunisoğludan öncə Azərbaycan milli komandasının eləcə də “Bakı”nın qapıçısı Aqil Məmmədov özünə toy çaldırıb.