5 komanda 1/8 finalda - YENİLƏNİB
26.10.2011 - 15:56
5 komanda 1/8 finalda - YENİLƏNİB
Bu gün Azərbaycan kubokunda növbəti mövsümün startı verilib. Apasport.az saytının məlumatına görə, azarkeşlər milli çempionatda olduğu kimi, kubokda da yubiley – 20-ci olan mövsümünün start həyəcanını yaşayıblar. Belə ki, 1/16 final mərhələsinin 5 qarşılaşması baş tutub.

Əsasən iddiasız komandaların mübarizə apardığı bu mərhələ 1 oyundan ibarət olduğundan, 1/8 finalçıların da adları müəyyənləşib. Yeganə Premyer Liqa təmsilçisi, debütant “Sumqayıt Şəhər” mövsümdə ilk qələbəsini məhz kubokda qazanıb. 2 qol fərqi ilə qalib gələn “Gənclik şəhəri” təmsilçisi kimi rəqibini darmadağın edən “Şahdağ” da asan qələbə ilə mərhələ adlayıb.

“Neftçala” və “Qaradağ-Lökbatan” çətin səfər qələbələri ilə 1/8 finala adlayıb. “Karvan” və “Bakılı” cütünün qalibi isə əlavə vaxtda təyin olunan penalti ilə həll olunub. Səfərdə oynayan yevlaxlılar mövsümdə ilk məğlubiyyətini alıblar.

Ölkə kuboku, 1/16 final mərhələsi

26 oktyabr

14:00. "Şahdağ" - "Muğan" - 4:1
QOL: Zahid Tayıbov, 35 , Fair Əmirquliyev, 44,77, Yusif Yusifzadə, 55 - Ceyhun Əliyev, 45
Qırmızı vərəqə: Qüdrət Ağayev, 40 ("Şahdağ")
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Elşən Durmuşov, Ziya Nəsirov.
Qusar. Şövkət Orduxanov adına şəhər stadionu.
Qalib 1/8 finalda AZAL-la görüşəcək.

14:00. "Tərəqqi" - "Neftçala" - 0:1
QOL: Qalib Əmrahov, 70
Qırmızı vərəqə: Qeyrət Əliyev, 44 ("Neftçala")
Hakimlər: Ceyhun Haşımov, Elşən Acalov, İsgəndər Əliyev, Ramil Əhmədov.
Gəncə. Şəhər stadionu.
Qalib 1/8 finalda “Qəbələ” görüşəcək.

14:00. "Lokomotiv" - "Sumqayıt Şəhər" - 0:2
QOL: Samir Abdulov, 66, Kamil Nurəhmədov, 89
Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Rza Məmmədov, Xəlil Hüseynli.
Bakı. "Bakı" klubunun təlim-məşq bazasının stadionu.
Qalib 1/8 finalda “Qarabağ”la görüşəcək.

14:00. "Şuşa" - "Qaradağ Lökbatan" - 2:3
QOL: Röyal Nəcəfov, 44,49 - Novruz Ələkbərov, 8, Nicat Tağıyev, 38, Tofiq Qədimov, 52
Hakimlər: Anar Niyazov, Şakir Quliyev, Ruslan Quliyev, Rəşad Aydınov.
Bakı. "Şəfa" stadionu.
Qalib 1/8 finalda “Xəzər Lənkəran”la görüşəcək.

14:00. "Bakılı" - "Karvan" - 2:1
QOL: Ramin Nəsibov, 55, Əli Hüseynov, 108 (pen) - Aqşin Həşimov, 80
Hakimlər: Fuad Həsənov, Aleksandr Musatkin, Nahid Əliyev, Hümmət Məmmədov
Bakı. "Şəfa" stadionunun IV meydançası.
Qalib 1/8 finalda “Kəpəz”lə görüşəcək.