Slavço Georgiyevski “Neftçi”ni “Milan”la müqayisə etdi
25.10.2011 - 23:16
“Normal oyun oldu. Komandamız qalib gələndə, deyirlər ki, hakim köməklik göstərdi. Amma özünüz şahidi oldunuz ki, normal matç keçdi. Hakim də görüşü ədalətli idarə etdi. Heç bir etirazımız yoxdur”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin futbolçusu Slavço Georgiyevski deyib.
Premyer Liqanın ilk turundan təxirə salınan matçında “Qarabağ”a qalib gələn (3:2) “ağ-qaralar”ın makedoniyalı legionerinin sözlərinə görə, komandası məğlub durumdan vəziyyəti xeyrinə xarakter göstərməklə dəyişib: “Neftçi” xarakterli komandadır. 2 gün əvvəl “Milan” da ölkə çempionatında eyni vəziyyətə düşmüşdü. Çempionluğa oynayan komandalar belə edirlər”.
Yarımmüdafiəçi bildirib ki, “Qarabağ” yalnız 1-ci hissədə yaxşı təsir bağışlayıb: “Rəqib ilk hissədə yaxşı oynadı. Fasilədə yığışdıq, müzakirələr apardıq. Nə danışdıq, bu öz aramızda qalacaq. Çıxdıq, oynadıq. Allaha şükürlər olsun ki, qalib gəldik. Hamıya təşəkkürümü bildirirəm. Qələbəni klubumuzun prezidenti Sadıq Sadıqova həsr edirik”.
KAMRAN

0
0