“Bu oyun bizə “Xəzər Lənkəran”la matçdan da önəmli idi”
25.10.2011 - 23:19
“Bu oyun bizə “Xəzər Lənkəran”la matçdan da önəmli idi. Meydana yalnız qalib gəlmək üçün çıxmışdıq. Hətta hesabda 0:2 geridə olarkən, qələbə inamını itirməmişdik”. Bunu apasport.az saytına açıqlamasında «Neftçi» klubunun futbolçusu Rail Məlikov deyib.
Premyer Liqanın ilk turundan təxirə salınan oyununda “Qarabağ”a 3:2 hesabı ilə qalib gələn “ağ-qaralar” turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib. Məlikov bildirib ki, qələbəyə ən çox onlar ehtiyac duyurdular: “Bundan əvvəlki 2 görüşdə qiymətli xallar itirdik: Gəncədə “Kəpəz”lə heç-heçə etdik, “İnter”ə uduzmalı olmadığımız oyunda, uduzduq. Bu matça final oyunu kimi baxdıq. Sağ olsun komanda yoldaşlarım, sonda birgə məqsədimizə yetişdik”.

0
0