FİFA-dan intizamsızlığa dəstək
26.10.2011 - 08:50
FİFA-dan intizamsızlığa dəstək
FİFA futbol qaydalarında növbəti dəyişiklik etmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, qurumun işçi qrupu “sonuncu ümid folu” ilə bağlı cəzanın dəyişdirilməsini müzakirə edir. Söhbət bu qayda pozuntusunun cərimə meydanında baş verməsindən gedir.

İndiki qaydalar əsasən belə halda 3 qat cəza tətbiq olunur: qırmızı vərəqə, penalti və növbəti oyundan kənarlaşdırma. FİFA bunu həddən artıq sərt saydığından qırmızı vərəqəni sarı ilə əvəz etmək niyyətindədir. İntizamsızları müdafiə edən qurum yalnzı aşkar sərtlik halında qırmızı verilməsinin tərəfdarıdır.