Xavi “Barselona”nın yeni rekordçusu oldu
26.10.2011 - 09:11
Xavi “Barselona”nın yeni rekordçusu oldu
Xavi Ernandes kapitanı olduğu “Barselona”nın yeni rekordçusu olub. Apasport.az saytının məlumatına görə, 31 yaşlı futbolçu İspaniya Primerosunun son turunda “Qranada” ilə səfər oyununda komandasının heyətində 392-ci dəfə meydana çıxıb. Bu da “Barsa”nın tarixində ən yaxşı göstərici olub. Əvvəlki rekord 391 oyunda mərkəzi müdafiəçisi Migelə məxsus olub. O, 1973-88-ci illərdə Kataloniya təmsilçisinin heyətində çıxış edib. Xavi rekordunu qələbə topu ilə qeyd edib. Belə ki, yarımmüdafiəçi 33-cü dəqiqədə fərqlənərək, komandasına 1:0 hesablı qələbə qazandırıb və onu ən azı 1 günlük turnir cədvəlində liderliyə yüksəldib.