Yığmamızın qolları internetdə
26.10.2011 - 09:20
Yığmamızın qolları internetdə
AFFA azarkeşlərin Azərbaycan milli komandasının (U-17) qollarını izləməyinə şərait yaradıb. Apasport.az saytının məlumatına görə, fanatlar 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində oktyabrın 25-də keçirilmiş Xorvatiya – Azərbaycan oyununun maraqlı epizodlarını və qarşılaşmada vurulan qolları izləmək üçün affavideo.az saytına daxil ola bilərlər. Komandamızın meydan sahibləri üzərində 2:1 hesablı qələbəsinin maraqlı epizodları bu saytda yerləşdirilib.

Mənbə: affa.az