Rəqibimiz Rumıniya yığması ilə gücünü yoxlayacaq
26.10.2011 - 09:28
Rəqibimiz Rumıniya yığması ilə gücünü yoxlayacaq
Qadın voleybolçular arasında Avropa Olimpiya təsnifat turnirinin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi Bolqarıstan yığması hazırlıqlara start verib. Apasport.az saytının məlumatına görə, noyabrın 8-12-də Bakıda keçiriləcək yarış ərəfəsində bolqarlar yoldaşlıq görüşlərində qüvvələrini sınayacaqlar.

Rəqibimiz ilk olaraq gücünü Rumıniya voleybolçuları ilə yoxlayacaq. Bolqarıstan millisi bu komanda ilə 2 matç keçirəcək. Bundan sonra onlar daha bir neçə yoldaşlıq görüşü keçirməyi planlaşdırır.

Qeyd edək ki, Azərbaycan – Bolqarıstan matçı noyabrın 9-da olacaq.