İkiqat fərq də qələbəmizə mane olmadı
26.10.2011 - 09:51
17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının ilkin seçmə mərhələsində keçirilən Xorvatiya – Azərbaycan oyununun statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın meydan sahibləri üzərində 2:1 hesablı qələbəsi zamanı üstünlük rəqib tərəfdə olub. Meydan sahibləri 80 dəqiqədə 13 dəfə qapımız istiqamətində zərbə vursa da qeyri-dəqiqlik və qolkiperimiz daha çox qola imkan verməyib. Təxminən 2 dəfə az zərbə vuran millimiz isə 7 imkandan yalnız 1-də hədəfdən yayınıb. 6 dəqiq zərbədən isə 2-si qolla nəticələnib.
| Xorvatiya | Azərbaycan | |
|---|---|---|
| 1 | Qollar | 2 |
| 5 | Çərçivəyə zərbələr | 6 |
| 8 | Qeyri-dəqiq zərbələr | 1 |
| 13 | Ümumi zərbələr | 7 |
| 8 | Künc zərbələri | 8 |
| 5 | Qayda posuntuları | 8 |
| 0 | Sarı vərəqələr | 2 |
| 0 | Qırmızı vərəqələrs | 0 |
0
0