254 günlük həsrət bitdi
26.10.2011 - 10:54
“Qarabağ”ın futbolçusu Əfran İsmayılov 254 günlük həsrətə son qoydu. Apasport.az saytının məlumatına görə, 22 yaşlı sağ cinah yarımmüdafiəçisi cari mövsümdə qol hesabını açdı.
Yayda Avroliqada qol vura bilməyən Əfran bu il yığmada da fərqlənə bilməyib. O, sonuncu qolunu Premyer Liqada ötən mövsüm qış fasiləsi bitən zaman – fevralın 13-də “Qəbələ”yə Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda 3:0 hesabı qalib gəldikləri oyunda vurmuşdu. Ağır zədəsini sağaldıb, uzun fasilədən sonra həmin oyunda 2-ci hissədə meydana çıxan İsmayılova fərqlənmək üçün 4 dəqiqə yetdi.
Əfran 8 aydan sonra fərqləndiyi matçda birdən-birə 2 qol vurdu. Özü də bunu 20 dəqiqəyə (4 və 24-cü dəqiqələrdə) reallaşdırdı və “Qarabağ”ı “Neftçi” ilə tarixi derbidə hesabda 2:0 irəli çıxardı. Ancaq sonradan 3 top buraxan ağdamlılar meydanı məğlub tərk etdi – 2:3.
İsmayılovun məhz “Neftçi” ilə oyunda fərqlənməyi diqqəti çəkən oldu. Çünki yarımmüdafiəçi məhz bu komanda ilə matçda aldığı ağır zədə üzündən 6 ay futboldan kənarda qaldı. Ötən ilin avqustun 8-də Tofiq Bəhramov adına Respublika stadionunda 1:1 hesabı ilə nəticələnən matç da I turun idi. Əfran 41-ci dəqiqədə braziliyalı sol cinah müdafiəçisi Alessandro Vyana da Silva ilə mübarizədə ciddi xəsarət aldı və ardından Türkiyədə cərrahiyyə əməliyyatı olundu. Nəticədə gənc futbolçu yaşıl meydana qayıdışı üçün 189 gün gözləməli oldu.
Premyer Liqamızda ilk dubluna imza atan İsmayılov buna Avropada nail olmuşdu. Söhbət Avroliqanın ötən mövsümündən - II təsnifat mərhələsində Şimali İrlandiyanın “Portadaun” klubu ilə ilk matçdan gedir. Maraqlıdır ki, Əfran onda da səfər oyununda dubl etmiş və buna 20 dəqiqəyə (67 və 87-ci dəqiqələr) nail olmuşdu. Ancaq fərq ondadır ki, yarımmüdafiəçi həmin vaxt bunu 2-ci hissədə reallaşmış və “Qarabağ” qalib gəlmişdi (2:1).
Mehman SÜLEYMANOV

0
0