FİFA Andrey Popoviçin müdafiəsinə qalxdı
26.10.2011 - 11:01
FİFA-nın futbol qaydalarında dəyişiklik edib, “sonuncu ümid folu” üçün nəzərdə tutulan cəzanı yüngülləşdirmək istəyi Azərbaycan futboluna da təsir göstərə bilər. Apasport.az saytının məlumatına görə, bu qayda pozuntusuna çempionatımızda da təsadüf olunur.
Təkcə Premyer Liqanın cari mövsümündə 2 futbolçu bu üzdən qırmızı vərəqə alaraq, meydandan qovulub. Bunlar AZAL-ın nigeriyalı yarımmüdafiəçisi Viktor İqbekoyi və “Sumqayıt Şəhər”in ukraynalı qapıçısı Andrey Popoviçdir.
Afrikalı ilk turda cəzalanmışdısa, milliləşərək yığmamıza cəlb olunan qolkiper IX turda meydandan qovulub. Onların hər ikisi növbəti turu da buraxmalı olublar. FİFA-nın belə cəzanı sərt sayıb yüngülləşdirəcəyi halda, onlar növbəti belə epizodda sarı vərəqə ilə kifayətlənəcəklər.

0
0