Mirça Rednik “Kəpəz”i İtaliya yığmasından üstün tutdu
26.10.2011 - 12:36
Oktyabrın 28-də Rumıniya və İtaliya milliləri arasında yoldaşlıq oyunu keçiriləcək. Apasport.az saytının məlumatına görə, veteranların qarşılaşması 1983-cü ildə keçirilən Rumıniya – İtaliya matçına həsr olunub.
1982-ci ildə İspaniya meydanlarında dünya çempionu adını qazanan apeninlilər Rumıniya yığmasına uduzmuşdu – 0:1. Dünya çempionu üzərindəki həmin qələbənin nostaljisindən ayılmayan rumıniyalılar həmin tarixi matçın iştirakçıları arasında yoldaşlıq görüşü keçirməyə qərar verib.
Lakin həmin heyətlərdən yalnız 5 rumın və 3 italiyalı yoldaşlıq görüşündə iştirak edə biləcək. Tarixi qələbədə pay sahibi olan, lakin Rumıniya televiziyası ilə də canlı yayımlanacaq qarşılaşmada oynamayacaq veteranlardan biri də “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednikdir.
28 il əvvəl Mirça Luçeskunun rəhbərlik etdiyi, Rednikin müdafiə xəttində yer aldığı yığma Paolo Rossi, Bruno Konti, Marko Tardelli, Klaudio Centile, Dino Dzoff kimi əfsanələrin şərəfini qoruduğu yer aldığı və Entso Bearzotun çalışdırdığı İtaliya yığmasını məğlub etmişdi. Lakin bu veteranların əksəriyyəti kimi “Xəzər Lənkəran”ın baş məşqçisi də yenidən meydana çıxa bilməyəcək. Buna səbəb onun rəhbərlik etdiyi komandanın Premyer Liqanın ilk dövrəsinin son turunda “Kəpəz”lə keçiriləcək ev oyunudur. Bu matçların eyni günə təsadüf etməsi Rednikin Gəncə təmsilçisini İtaliya yığmasından üstün tutması ilə nəticələnib.

0
0