Mərkəzi oyundan paytaxt derbisinədək
26.10.2011 - 13:59
Mərkəzi oyundan paytaxt derbisinədək
Premyer Liqada XI turun oyunlarının keçiriləcəyi stadionlar və başlama vaxtları açıqlanıb. Apasport.az saytının məlumatına görə, həftəsonu keçiriləcək tura “Qarabağ” və “Bakı” arasında mərkəzi oyunla start veriləcək. Tura, həm də I dövrəyə isə “Rəvan” və “İnter” arasında paytaxt derbisi ilə yekun vurulacaq.



28 oktyabr (cümə)

15:00. "Qarabağ" - "Bakı"
Ağdam rayonu, Quzanlı qəsəbəsi Olimpiya İdman Kompleksinin stadionu

18:00. "Xəzər Lənkəran" - "Kəpəz"
Lənkəran şəhər mərkəzi stadionu

29 oktyabr (şənbə)

15:00. "Qəbələ" - "Simurq"
Qəbələ şəhər stadionu

15:00. "Neftçi" - "Turan"
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

30 oktyabr (bazar)

14:00. "Sumqayıt Şəhər" - AZAL
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

16:30. "Rəvan" - "İnter"
"Dalğa Arena" stadionu