Kamran Ağayevdən ağ yalan
26.10.2011 - 14:00
Kamran Ağayevdən ağ yalan
“Xəzər Lənkəran” klubunun qapıçısı Kamran Ağayevin əvəzedici komandaya göndərilməsi barədə yayılan xəbərlər həqiqətə uyğun deyil. Apasport.az saytının məlumatına görə, 25 yaşlı qolkiper əsas komandadan kənarlaşdırılmayıb.

Son vaxtlar göstərdiyi zəif oyuna, “Bakı” ilə qarşılaşmadakı kobud səhvi ucbatından kapitan sarğısı əlindən alınan Kamran Mirça Rednikin rəhbərliyi altında məşqlərini davam etdirəcək.

Düzdür, Ağayev ölkə mətbuatına müsahibəsində şok effekti yaradıb, gündəmi zəbt etmək üçün əksini - əvəzedici komandaya göndərildiyini iddia edir.

Amma Kamranın danışdığı ağ yalandan başqa bir şey deyil. Komandadan aldığımız xəbərə görə, futbolçu yalnız kapitanlıq sarğısından məhrum edilib və az sonra “ağ-yaşıllar”ın məşqinə çıxacaq.