Rahid Əmirquliyev - “Gəncə” ilə başladı, “Kəpəz”lə davam edir
26.10.2011 - 15:24
“Xəzər Lənkəran”ın futbolçusu Rahid Əmirquliyev üçün oktyabrın 28-də Premyer Liqanın növbəti turunun “Kəpəz”lə ev oyunu xüsusi önəm kəsb edəcək. Apasport.az saytının məlumatına görə, milli komandamızın da üzvü olan 22 yaşlı yarımmüdafiəçi 1 illik fasilədən sonra yenidən kapitanlıq sarğısını daşıyacaq.
Cənub təmsilçisinin yeni kapitan təyin edilən Rahid indiyədək 1 dəfə “ağ-yaşıllar”ı meydana çıxarıb. Maraqlıdır ki, bu, cənubluların növbəti rəqibi ilə oyuna təsadüf edib. Fərq ondadır ki, “Kəpəz” ötən mövsüm “Gəncə” adlanırdı və mövsümlərarası fasilədə əvvəlki adını qaytardı.
Ötən ilin oktyabrın 13-də Gəncədəki oyunda Kamran AFFA-nın İntizam Komitəsi tərəfindən cəzalandığından, sarğını daşımaq məsuliyyəti Rahidə tapşırıldı. Düzdür, “Xəzər Lənkəran”ın 16-cı kapitanı kimi tarixə düşən Əmirquliyev həmin vaxt debütünü uğurla qeyd edə bilmədi.
Belə ki, lənkəranlılar həmin mövsümdə ilk dəfə, özü də böyük hesabla (1:4) uduzdu və bu, hazırda da baş məşqçi olan Mirça Rednikin 1-ci məğlubiyyəti oldu. İndi Rahid müvəqqəti yox, yeni təyin edilən kapitan kimi debütündə həmin rəqibdən məğlubiyyətin əvəzini evdə çıxmağa çalışacaq.
Qeyd edək ki, Əmirquliyev də Ağayev kimi 2006-cı ildən “Xəzər Lənkəran”da oynayır. Onun hesabında keçirdiyi 5 ildə 165 oyun, 18 qol, 17 sarı vərəqə var. Rahidin hələ də qırmızı vərəqə almamağı onun intizamlığının göstəricisidir. Yarımmüdafiəçi oyun sayında yalnız Lənkəran klub yaranandan onun şərəfini qoruyan təcrübəli həmkarı – Alim Qurbanovdan (175) geri qalır.

0
0