“FC Union Berlin”i yaxından tanıyaq
26.10.2011 - 15:43
Azərbaycan yığmasının noyabrın 15-də qarşılaşacağı rəqibinin kimliyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, komandamızın Berlində yoldaşlıq görüşü keçirəcəyi “FC Union Berlin” II Bundesliqada çıxış edir.
1966-cı il yanvarın 20-də yaradılan komanda paytaxt təmsilçisidir. 5 dəfə Berlin kubokunu qazanan “FC Union Berlin” ev oyunlarını 19 min tamaşaçı tutumuna malik “Alte Forsterey” stadionunda keçirir.
Əsasən almaniyalı futbolçuların yer aldığı klubun heyətində 7 ölkədən - Braziliya, Hollandiya, Əlcəzair, İrlandiya, Kolumbiya, Burkina-Faso və Fransadan legioneri var.
“FC Union Berlin” II Bundesliqada 12 turdan sonra 18 xalla 18 klub arasında 7-ci pillədə qərarlaşıb. 2007-ci ildən Uve Noyxauzun çalışdırdığı komanda keçirdiyi oyunlardan 5-də qələbə qazanıb, 4-də isə məğlubiyyətə üzülüb. Digər 3 qarşılaşmada heç-heçə qeydə alınıb.
Rəqib qeyri-məhsuldarlığı ilə də fərqlənir. Liderdən 11 xal geri qalan “qırmızı-ağlar” bu il cəmi 18 dəfə qol sevinci yaşayıb. Onlar qapılarında isə vurduqlarından çox top görüblər – 19 qol.
Qeyd edək ki, “FC Union Berlin” növbəti matçını noyabrın 30-da 4-cü yerdə olan “Sankt Pauli”yə qarşı keçirəcək.

0
0