Berti Foqts Tirana və Berlinə 22 futbolçu ilə yollanır
26.10.2011 - 15:45
Berti Foqts Tirana və Berlinə 22 futbolçu ilə yollanır
Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, noyabrın 11-də Tiranada Albaniya ilə yoldaşlıq oyununda qarşılaşacaq komandamıza 22 futbolçu çağırılıb. Berti Foqtsun seçdiyi bu heyət noyabrın 7-dən 11-dək Albaniyanın Dürres şəhərində təlim-məşq toplanışında da olacaq.

Millimizin Türkiyə ilə qarşılaşmaya yollanan heyəti ilə müqayisədə 2 dəyişiklik var. Bunlar zədə ilə bağlı qısa fasilədən sonra yığmaya çağırılan Murad Hüseynov, həmçinin “İnter”in üzvü Nizami Hacıyevin millidə yer alması ilə bağlıdır.

Avstriya ilə Bakıdakı oyunda qırmızı vərəqə alıb, İstanbula aparılmayan Saşa Yunisoğlu isə yenə komandadan kənarda qalıb.

Qapıçılar: Kamran Ağayev (“Xəzər Lənkəran”), Andrey Popoviç (“Sumqayıt Şəhər”), Aqil Məmmədov (“Bakı”)

Müdafiəçilər: Rəşad Sadıqov (“Qarabağ”), Vladimir Levin (“İnter”), Vurğun Hüseynov (“Qəbələ”), Rail Məlikov (“Neftçi”), Elnur Allahverdiyev (“Xəzər Lənkəran”)

Yarımmüdafiəçilər: Ruslan Abışov (“Neftçi”), Aleksandr Çertoqanov, Mahir Şükürov (hər ikisi “Qəbələ”), Rəşad Sadiqov, Əfran İsmayılov (hər ikisi “Qarabağ”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Ufuk Budak (“Frayburq”, Almaniya), Nizami Hacıyev (“İnter”).

Hücumçular: Branimir Subaşiç (“Xəzər Lənkəran”) Rauf Əliyev, Vüqar Nadirov (hər ikisi “Qarabağ”), Elşən Məmmədov (AZAL), Murad Hüseynov, Arif İsayev (hər ikisi “Qəbələ”).

Qeyd edək ki, yığmamız Albaniyadan Almaniya paytaxtı Berlinə yollanaraq “Union” klubu ilə yoldaşlıq oyunu da keçirəcək. Bu matç noyabrın 15-də baş tutacaq.