Azərbaycan kuboku: 1/8 finalın bütün cütləri müəyyənləşdi
26.10.2011 - 16:17
Azərbaycan kuboku: 1/8 finalın bütün cütləri müəyyənləşdi
Azərbaycan kubokunun 1/8 final mərhələsinin cütləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən 1/16 finalın 5 oyunundan sonra 16 komanda arasına düşən son 5 klub məlum olub.

Bununla da əvvəlcədən bilinən 3 cütün ardından digər 5 qarşılaşmanın iştirakçısı aydınlaşıb. “Xəzər Lənkəran”, “Qarabağ”, AZAL, “Qəbələ” və “Kəpəz” özü üçün ilk olacaq mərhələdə kiminlə qarşılaşacağını bilib.

1/8 final, 30 noyabr (çərşənbə)

"Bakı" - "Rəvan"
AZAL - "Şahdağ"
"Qəbələ" - "Neftçala"
"Qarabağ" - "Sumqayıt Şəhər"
"İnter" - "Turan"
"Xəzər Lənkəran" - "Qaradağ Lökbatan"
"Kəpəz" - "Bakılı"
"Simurq" - "Neftçi"