“APASPORT”dan dubl: Rəşad Abdullayev sentyabrın ən yaxşısıdır!
26.10.2011 - 16:49
Premyer Liqada sentyabr ayının ən yaxşı futbolçusu məlum olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionatında çıxış edən klubların baş məşqçiləri və kapitanları, həmçinin KİV nümayəndələri arasında keçirilmiş sorğunun nəticəsinə əsasən seçilmiş ötən ayın ən yaxşısı adına Rəşad Abdullayev layiq görülüb.
“Neftçi”nin yarımmüdafiəçisinin mükafatlandırılma mərasimi sabah keçiriləcək. UniPlazada təşkil olunacaq tədbir saat 16:00-da başlayacaq.
Qeyd edək ki, sorğuya qatılan apasport.az saytı yenə də qalibin adını düzgün tapıb. Sorğunun tarixi ərzində əksər hallarda qalibə düzgün səs verən saytımız ötən ay da seçimində yanılmamışdı.
1 ay əvvəl avqustun ən yaxşısı seçilən Ceyhun Sultanova səs verən apasport.az indi də Rəşad Abdullayevin seçimini düzgün müəyyənləşdirməklə, “dubl”a imza atıb.

0
0