“Minsk “Dinamo”sunda olanda, Azərbaycandan sərfəli dəvət almışdım”
26.10.2011 - 17:32
“Minsk “Dinamo”sunda işlədiyim zaman Azərbaycan klublarından çox sərfəli bir dəvət almışdım”. Apasport.az saytının məlumatına görə, bunu Minskin “Dinamo” klubunun sabiq baş məşqçisi Sergey Ovçinnikov deyib.
40 yaşlı rusiyalı mütəxəssis Belarus klubunun rəhbərliyinin onunla müqavilənin uzatmamaq haqda gözlənilməz qərarından sonra işsiz qalıb. Bu üzdən o, vaxtı ilə Azərbaycandan aldığı, lakin qəbul etmədiyi təklifi yada salıb: “Hal-hazırda bu məsələyə qayıtmağın nə dərəcədə real olduğunu deyə bilmərəm. Hər halda indi yeni iş yeri axtarmağa başlayıram”.
Qeyd edək ki, Ovçinnikov 1993-2006-cı illərdə Rusiya milli komandasının şərəfini qoruyub. Ampulaca qapıçı olan Sergey “Dinamo-2” (Moskva, 1988-1989), “Dinamo” (Suxumi, 1990), “Lokomotiv” (Moskva, 1991-1997, 2002-2005), “Lokomotiv-2” (Moskva, 1994), “Benfika” (Portuqaliya, 1997-1999), “Alverka” (Portuqaliya, 1999-2000), “Portu” (Portuqaliya, 2001-2002) və “Dinamo” (Moskva, 2006) klublarında çıxış edib. O, məşqçi kimi Moskva “Lokomotiv”ində (2007) və Kiyev “Dinamo”sunda (2008), baş məşqçi kimi isə “Kuban” (2009), Bryansk (2010) və Minsk “Dinamo”larında (2011) çalışıb.

0
0