“Aslanlar” yeni baş məşqçisinə qovuşdu
27.10.2011 - 08:54
Kamerun milli komandasına yeni baş məşqçi təyin olunub. Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis Deni Laval bu ölkənin yığmasına rəhbərlik edəcək. O, bu postda tanınmış fransalı həmkarı, kamerunluları 2012-ci il Afrika Millətlər Kubokunun final mərhələsinə çıxara bilmədiyinə görə istefaya göndərilən Xavyer Klementeni əvəzləyib. Özü də Lavalı bu posta idman nazirinin təyin edildiyi açıqlanıb və rəsmi müqavilə artıq imzalanıb. Onun köməkçiləri yerli məşqçilər təyin olunub.
Lavan qarşıda duran vəzifə haqda danışıb: “Əsas məqsədim sadədir – “Aslanlar”ı Afrika Kuboku-2013-ə çıxarmaqdır. Həmçinin vəzifələrimin siyahısına komandanı perspektivə hazırlamaqdır. Mən işimə durmadan başlayıram”.
Qeyd edək ki, Lavan Fransanın bir neçə klubunda köməkçi məşqçi işləyib. O, son illərdə isə Kamerunun aparıcı klublarından olan “Koton Sport”u çalışdırıb.

0
0