Yığmamız şansını son tura saxladı - YENİLƏNİB
27.10.2011 - 19:10
Yığmamız şansını son tura saxladı - YENİLƏNİB
17 yaşadək futbolçulardan ibarət milli komandamız Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün növbəti görüşünə çıxıb. Apasport.az saytının məlumatına görə, VII qrupda mübarizə aparan yığmamız bu dəfə Belçika ilə qarşılaşıb.

İlk görüşündə meydan sahibləri olan Xorvatiya yığmasını 2:1 hesabı ilə məğlub edən Təbriz Həsənovun komandasından bu oyunda da sərfəli nəticə gözləmək olardı.

Belçikanın ilk oyununda Ukraynaya 0:2 hesabı ilə məğlub olması bunu deməyə əsas verirdi. Millimizin qrupdan çıxması üçün bu görüşdə də qələbə qazanması vacib idi. Ancaq təəssüf ki, komandamız ikinci oyununda məğlub olub.

Qrupun digər matçında isə Xorvatiya millisi Ukrayna ilə münasibətlərinə aydınlıq gətirəcək. Ukrayna yığması bu görüşdə də qələbə qazanarsa, bu daha çox millimizin xeyrinə işləyəcək.

Qeyd edək ki, yığmamız növbəti mərhələyə vəsiqə qazanmaq üçün ilk 2 yerdən birini tutmalıdır.

27 oktyabr

Belçika – Azərbaycan - 1:0
QOL: Deni Miloşeviç, 41
Belçika: 12. Lukas Pirard, 2. Sebastyn Losinyo, 3. Bencamin van der Akkervakker, 4. Korentin Fiore (k), 6. Qaetan Hendrik, 8. Piter Gerkens, 10. Deni Miloşeciç, 11. Tur Dirks, 13. Əli Yaşar, 17. Yoren Dehond, 18. Siebe Şrayvers.
Baş məşqçi: Patrik Klinkenberq.
Azərbaycan: 1. Əyyub Əliyev (k), 3. Şirməhəmməd Məmmədov, 5. Adil Nağıyev, 6. Kamran Abdullazadə, 7. Namiq Ələsgərov, 8. Kənan Manafov, 9. Qurbanəli Əliyev, 10. Orxan Əliyev, 14. Şamil Camaləddinov, 15. Elvin Bədəlov, 16. Ruslan Nəsirli.
Baş məşqçi: Təbriz Həsənov.
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Umaq, Qradski stadionu