“Qarabağ” – “Bakı” – 43:42
27.10.2011 - 11:39
Sabah Premyer Liqanın I dövrəsinin son turunda “Qarabağ” “Bakı”nı qəbul edəcək. Apasport.az saytının məlumatına görə, Quzanlıda keçiriləcək görüş rəqiblər arasında 39-cu oyun olacaq.
Ağdam təmsilçisinin rəsmi internet saytı həmişə olduğu kimi, bu dəfə də tarixi rəqabətə həsr olunan yazı hazırlayıb. Bu 2 komanda arasında 15 illik rəqabətə 1996-cı ildə start verilib. Həmin vaxt “Qarabağ” o dövrdə “Dinamo” adlanan komanda ilə görüşüb.
Geridə qalan müddətdə tərəflərin ümumilikdə 38 görüşü baş tutub. Bu oyunların 4-ü kubok çərçivəsində baş tutub. Maraqlıdır ki, qarşıdurmanın tarixində demək olar bütün rəqəmlər eynidir.
Belə ki, Quzanlı qəsəbə stadionunda baş tutacaq 39-cu macadək tərəflər hərəyə 13 qələbə qazanıblar. 12 görüşdə isə meydanda sülh qeydə alınıb. Qolların sayında da inanılmaz yaxınlıq var. İndiyə kimi 43 dəfə “Bakı”nı məyus edən ağdamlılar 42 topu qapısından çıxarmağa məcbur olub.
Ötən mövsüm tərəflərin qarşıdurmasında balans pozulmayıb. Ötən il oktyabrın 20-də Tofiq Bəhramov adına stadionda ev komandası statusunda çıxış edən “Qarabağ” Georgi Adamiyanın dublu sayəsində 2:0 qələbə qazanıb. Qurban Qurbanovun yetirmələri noyabrın 13-də isə bu dəfə eyni məkanda qonaq kimi eyni hesabla məğlub olub.
Tərəflərin final mərhələsindəki oyunlarında isə qələbə qazanan olmayıb. Bu il aprelin 14-də mərkəzi arenada qol səsi çıxmayıb. Mayın 1-də isə Suraxanıda qollu heç-heçə qeydə alındı. Zaur Həşimovun avtoqolu və Vaqif Cavadovun fərqlənməsiylə 2:0 hesabı ilə geri düşən ağdamlılar 2-ci yarıda Adamiya və Telinin qollarıyla status-kvonu bərpa edib.
Bütün “Qarabağ” – “Bakı” duelləri

| Çempionat | 1996/97 | 1:1 | |
|---|---|---|---|
| Çempionat | 1996/97 | 6:1 | |
| Çempionat | 1997/98 | 0:1 | |
| Çempionat | 1997/98 | 0:3 | |
| Çempionat | 1998/99 | 0:2 | |
| Çempionat | 1998/99 | 2:1 | |
| Çempionat | 1998/99 | 0:0 | |
| Çempionat | 1998/99 | 3:0 | |
| Çempionat | 1999/00 | 0:1 | |
| Çempionat | 1999/00 | 0:0 | |
| Çempionat | 2000/01 | 0:1 | |
| Çempionat | 2000/01 | 4:2 | |
| Çempionat | 2001/02 | 1:0 | |
| Çempionat | 2001/02 | 3:0 | |
| Çempionat | 2003/04 | 2:1 | |
| Çempionat | 2003/04 | 0:1 | |
| Çempionat | 2004/05 | 2:0 | |
| Çempionat | 2004/05 | 1:1 | |
| kubok | 2005/06 | 3:2 | |
| Çempionat | 2005/06 | 2:4 | |
| kubok | 2005/06 | 0:0 | |
| Çempionat | 2005/06 | 1:2 | |
| Çempionat | 2006/07 | 0:0 | |
| Çempionat | 2006/07 | 1:1 | |
| Çempionat | 2007/08 | 1:1 | |
| Çempionat | 2007/08 | 0:0 | |
| Çempionat | 2008/09 | 0:2 | |
| Çempionat | 2008/09 | 0:2 | |
| kubok | 2008/09 | 2:1 | |
| kubok | 2008/09 | 2:1 | |
| Çempionat | 2009/10 | 1:0 | |
| Çempionat | 2009/10 | 0:0 | |
| Çempionat | 2009/10 | 0:2 | Final mərhələsi |
| Çempionat | 2009/10 | 1:4 | Final mərhələsi |
| Çempionat | 2010/11 | 2:0 | |
| Çempionat | 2010/11 | 0:2 | |
| Çempionat | 2010/11 | 0:0 | Final mərhələsi |
| Çempionat | 2010/11 | 2:2 | Final mərhələsi |
0
0