Almaniyadan Azərbaycanadək: 182 gün sonra
27.10.2011 - 14:40
Almaniyadan Azərbaycanadək: 182 gün sonra
“Sumqayıt Şəhər” klubunun almaniyalı baş məşqçisi Bernhard Raab Azərbaycan karyerasında ilk qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, bu ilin yayından “Gənclik şəhəri” təmsilçisini çalışdıran almaniyalı ölkə çempionatının 10 matçında görmədiyi sevincini Azərbaycan kubokunda yaşayıb. “Lokomotiv” üzərində 2:0 hesablı qələbə Raab üçün uğursuz seriyanın qırılması ilə əlamətdar oldu.

45 yaşlı mütəxəssis karyerasında sonuncu qələbəni isə vətənində qazanıb. O, buna “Vehen Veysbaden-2” klubunda çalışdığı vaxt sevinib. Bu, ötən mövsüm Regionalliqanın sonuncu 34-cü turunun “Karlsrue-2” ilə qarşılaşmasına təsadüf edib. Mayın 28-dəki matçda Kristofer Hübnerin qolu Raabın komandasına qələbə bəxş edib – 1:0. Növbəti qələbəsini Azərbaycanda qeyd edən almaniyalı bunu 182 gün gözləməli oldu.