“Neftçi” – “Turan” oyununun keçirilmə yeri dəyişdirildi
27.10.2011 - 16:59
Premyer Liqanın XI turunda “Neftçi” - “Turan” matçının keçirilmə yeri dəyişdirilib. Apasport.az-ın “ağ-qaralar”ın rəsmi saytına istinadən məlumatına görə, flaqman Tovuz təmsilçisini İsmət Qayıbov adına stadionda deyil, “Dalğa Arena”da qəbul edəcək.
Hava şəraitinin qeyri-stabil keçməsi üzündən Bakıxanov qəsəbə stadionunun yeni bərpa olunmuş ot örtüyünün sıradan çıxmaması üçün belə addım atılıb.
Premyer Liqanın XII turunun “Neftçi” – “Xəzər Lənkəran” komandaları arasında noyabrın 6-da keçiriləcək mərkəzi görüşü isə İsmət Qayıbov adına stadionda baş tutacaq.
Qeyd edək ki, oktyabrın 29-da keçiriləcək “Neftçi” – “Turan” matçı saat 15:00-da başlanacaq.

- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
- Onana yenidən Türkiyə klubunda - “Mançester Yunayted” açıqladı
0
0