Jaba “Bakı”nın bombardiri oldu
27.10.2011 - 17:10
Jaba “Bakı”nın bombardiri oldu
Əvəzedici heyətlər arasında keçirilən Azərbaycan çempionatında XI tura start verilib. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən oyunların 1-i məhsuldarlığı ilə seçilibsə, digərində ümumiyyətlə, qol vurulmayıb. “Bakı”nın əvəzedici heyətinə göndərdiyi Jaba bu dəfə dubl edib. Ancaq ötən tur “Xəzər Lənkəran”la ev oyununda etdiyi het-trikdə qələbədə əsas pay sahibi olan braziliyalı hücumçunun bu dəfə 9 dəqiqəyə vurduğu 2 qol məğlubiyyətdən xilas olmağa yetməyib. Hər halda, Jaba “Bakı”nın əvəzedici heyətində bombardir olmağı (6 qol) ilə təsəlli tapa bilər. Buna qədər ən çox qol vuran komanda yoldaşı Tural Qürbətov da bu gün fərqlənsə də, tanınmış həmkarından artıq 1 top geri qalır.

"Qarabağ" - "Bakı" – 4:3
Təmkin Xəlilzadə, 37, Ayaz Mehdiyev, 44, 63, Toğrul Bilallı, 73 - Tural Qürbətov, 2, Jaba, 74, 83

"Xəzər Lənkəran" - "Kəpəz" – 0:0

Komanda O Q H M Qollar Xallar
1 "Qəbələ" 10 7 1 2 16-9 22
2 "Neftçi" 10 6 2 2 23-15 20
3 "Kəpəz" 11 5 3 3 18-14 18
4 AZAL 10 5 2 3 18-10 17
5 "İnter" 10 5 1 4 12-10 16
6 "Qarabağ" 11 5 1 5 18-20 16
7 "Turan" 10 4 2 4 20-19 14
8 "Simurq" 10 3 3 4 14-22 12
9 "Rəvan" 10 3 3 4 11-16 12
10 "Sumqayıt Şəhər" 10 3 1 6 14-17 10
11 "Bakı" 11 3 1 7 24-26 10
12 "Xəzər Lənkəran" 11 2 2 7 12-22 8


Bombardir: Ağabala Ramazanov (“Neftçi”) - 8