Vurulmayan penaltinin təəssüfü
27.10.2011 - 23:00
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Belçikaya məğlubiyyətdən sonra Azərbaycan millisinin baş məşqçisi Təbriz Həsənov fikirlərini bildirib. Apasport.az saytının xəbərinə görə, komandamızın oyunu Həsənovu qane etməyib: “İmkanlarımızdan aşağı səviyyədə oynadıq. Meydanda lazımi qədər hərəkətli deyildik. Bununla belə, penalti zərbəsi ilə hesabı bərabərləşdirmək şansı qazandıq. Təəssüf ki, bu imkandan yararlana bilmədik. Qrupdakı müqəddəratımıza Ukrayna yığması ilə oyunda aydınlıq gələcək”.
Qeyd edək ki, millimiz Belçikaya 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, millimiz Belçikaya 0:1 hesabı ilə uduzub.
0
0