Azərbaycan futbolçuları 3-cü pillədə
28.10.2011 - 08:50
17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin VII qrupunda turnir cədvəli müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 2 turdan sonra bütün komandaların xalları bərabər olduğundan onların yerlərinə əlavə göstəricilər aydınlıq gətirib. Azərbaycan milli komandası Xorvatiya ilə eyni göstəricilərə malik olsa da UEFA-nın rəsmi saytında 3-cü pillədə qərarlaşıb. Vəziyyətin belə alınmasına II tur səbəb olub. İlk turda qalib gələnlər – Azərbaycan və Ukrayna müvafiq olaraq Belçika ilə Xorvatiyaya eyni – 0:1 hesabı ilə uduzub.
| 1 | Ukrayna | 2 | 1 | 0 | 1 | 2-1 | 3 | |
|---|---|---|---|---|---|---|---|---|
| 2 | Xorvatiya | 2 | 1 | 0 | 1 | 2-2 | 3 | |
| 3 | Azərbaycan | 2 | 1 | 0 | 1 | 2-2 | 3 | |
| 4 | Belçika | 2 | 1 | 0 | 1 | 1-2 | 3 |
0
0