Vaqif Cavadov Rusiya çempionu ilə oyunda fərqləndirilmədi
28.10.2011 - 09:04
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun çıxış etdiyi Rusiyanın “Volqa” klubu Premyer Liqada növbəti oyunu uğursuzluqla nəticələnib. Apasport.az saytının məlumatına görə, Nijni-Novqorod təmsilçisi XXIX turun açılış oyununda “Zenit”ə böyük hesabla uduzub – 0:3. Vaqif bu dəfə də əsas heyətdən kənarda qalıb və Sankt-Peterburqdakı görüşdə fasilədən dərhal sonra meydana çıxıb. Həmin vaxt Cavadovun komandası hesabda 0:2 geridə olub. Ancaq futbolçumuz “Volqa”da yenə qol hesabını aça bilməyib və daha 1 top vuran son Rusiya çempionu böyük hesablı qələbəsini rəsmiləşdirib.
Rusiyanın “Sport-Ekspress” qəzeti “Volqa”da yalnız bir futbolçuya ən yüksək qiymət (5,5) verib. Meydana çıxan qalan 13 oyunçunun hamısı 5 bal alıb ki, onlardan biri də Cavadov olub.
Qeyd edək ki, 29 oyundan 25 xalı olan “Volqa” turnir cədvəlində 16 komanda arasında 13-dür.

0
0