“Bizə qarşı çox güclü komanda oynayırdı” - MÜSAHİBƏ
28.10.2011 - 10:07
“İnter”in çexiyalı legioneri Bronislav Çervenka klubun saytına müsahibəsində Premyer Liqanın hesabat turunda baş tutmuş “Qəbələ” ilə matç və oktyabrın 30-da “Rəvan”la keçiriləcək oyun haqqında fikirlərini bildirib
- “Qəbələ” ilə matçda “İnter” hesabda irəli çıxsa da, bu üstünlüyünü saxlaya bilmədi...
- Düşünürəm ki, bərabər oyun oldu. Bizə qarşı çox güclü komanda oynayırdı. Klubumuza hesabı açmaq mümkün oldu, biz bu üstünlüyü qorumağa çalışdıq və mümkün qədər hücum etməyə cəhd göstərdik. Ancaq təəssüf ki, buna nail olmadıq və “Qəbələ” hesabda tarazlıq yarada bildi.
- “Xəzər-Lənkəran” və “Neftçi” üzərində qələbədən sonra hamı “Qəbələ” ilə oyunda da “İnter”dən 3 xal gözləyirdi. Buna nə mane oldu?
- Bəli, biz də yalnız qələbəyə köklənmişdik. Ancaq qalib gələ bilmədik. Düşünürəm ki, növbəti 3 xalı qazanmaq üçün bir az bəxtimiz gətirmədi. Diqqətli olsaydıq, qapımıza penalti təyin olunmazdı və qələbə hesabını qorumağı bacara bilərdik.
- Mövsümün əvvəli komanda üçün o qədər uğurlu alınmadı, lakin sonradan “İnter” tam başqa nəticə göstərməyə başladı və sürət götürdü...
- Mövsümün əvvəli bizim üçün uğursuz alındı. Bununla belə, komanda özünü itirmədi və yaranmış vəziyyətdən çıxmağa başladı. Potensialımız bizə irəliləməyə imkan verdi. Beləliklə, biz xal toplamağa və nəticə göstərməyə başladıq.
- Qarşıda “İnter”i “Rəvan”la görüş gözləyir. Bu matç haqqında nə deyə bilərsiniz?
- “Rəvan” hazırda pis olmayan nəticələrlə müşayiət edilən yaxşı futbol sərgiləyir. Son 4 oyunda onlar 3 qələbəyə nail olublar və bir dəfə sülh bağlayıblar. Bundan əlavə, biz səfərdə oynayacağıq ki, bu da işimizi bir qədər çətinləşdirir. Bir sözlə, əminəm ki, bu komandayla oyun asan olmayacaq.
- Yeri gəlmişkən, “Rəvan” və “İnter” son zamanlar uğurlu oyunlarla xatırlanan 2 komandadır. Necə fikirləşirsiniz, bazar günü hansı komandanın uğurlu seriyası dayandıracaq?
- Biz “Rəvan”ın uğurlu seriyasını dayandırmaq üçün əlimizdən gələni edəcəyik. Meydana yalnız qələbə üçün çıxacağıq və ümid edirəm ki, bu arzulanan nəticəni əldə etməyə nail olacağıq.

0
0