“Bəs Vaqif Cavadovun millimizi hücumçusuz qoyması ağır deyildi?”
28.10.2011 - 23:01
“Vaqif Cavadovun 1 illik cəzalandırılması İntizam Komitəsinin qərarıdır və biz buna hörmətlə yanaşmalıyıq. Futbolçunun sonradan bağışlanıb, yığmaya qaytarılması artıq baş məşqçidən asılıdır”. Bu fikirləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
İntizam Komitəsi Avstriya ilə ev oyunundan sonra millinin düşərgəsini özbaşına tərk edən hücumçu Vaqif Cavadovu 1 illik cəzalandırdı. Bundan əlavə, futbolçu bu müddətdə Premyer Liqamızda çıxış edərsə, 5 oyunluq cəzalı olacaq və onu transfer edən klub 5000 manat cərimə ödəməlidir.
Ancaq qərarın sonunda göstərilib ki, millinin baş məşqçisi istəsə, məsələyə yenidən baxıla bilər. Baş katib da buna əsaslanır: “Əgər Foqts olmasa, yeni baş məşqçi kim olursa-olsun, bunu o, təklif etməlidir. Baş məşqçi hesab etsə ki, Vaqif ona lazımdır, İntizam Komitəsinə müraciət olunacaq və onlar yenidən bu məsələyə baxacaqlar”.
Cavadova verilən cəzanın ağır olmağı müzakirə obyektivinə çevrilib. Məmmədovun buna münasibəti belə oldu: “Bəs Vaqifin millini hücumçusuz qoyması ağır deyildi? Rauf Əliyev sarı vərəqə limitini aşdığına görə cəzalı idi və Türkiyə ilə səfər oyunumuzda hücumda tək Branimir Subaşiç idi. Bu da bizim üçün ağır idi. Mən elə düşünmürəm ki, millidə imtina edə bilən futbolçular var. Bəzi futbolçuların dedikləri qəti qərarlar deyildi. Sadəcə, onlar öz fikirlərini bildirirdilər və bununla da məsələ bağlanmışdı”.
Mehman SÜLEYMANOV

0
0