Əvvəl “Neftçi”yə, indi Türkiyə yığmasına qarşı
29.10.2011 - 10:15
Əvvəl “Neftçi”yə, indi Türkiyə yığmasına qarşı
Xorvatiya milli komandası Avro-2012-in seçmə mərhələsində Türkiyə yığması ilə pley-off oyunlarına heyəti açıqlayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Slaven Biliç 28 futbolçuya dəvət göndərib. O, zədə üzündən 2 futbolçu – “Tottenhem”in yarımmüdafiəçisi Niko Krançarla “Hamburq”un hücumçusu Mladen Petriçin xidmətindən yararlana bilməyəcək. Əvəzində “Neftçi” ilə Çempionlar Liqasının II təsnifat mərhələsində Zaqreb “Dinamo”sunda oynayan qapıçı İvan Kelava, müdafiəçilər Yosip Şimuniçlə Domaqoy Vida, yarımmüdafiəçi Milan Badel Türkiyə ilə matçlara dəvət edilib. Düzdür, bu, ilkin siyahıdır və yekun siyahı noyabrın 2-də açıqlanacaq.

Qeyd edək ki, noyabrın 6-da bir araya gələcək Xorvatiya yığması bundan 5 gün sonra İstanbulda, milli komandamızın oynadığı “Türk Telekom Arena”da meydana çıxacaq. Cavab görüşü noyabrın 15-də “Neftçi”nin Zaqrebdə oynadığı “Maksimir” stadionunda keçiriləcək.

Qapıçılar: Stipe Pletikoşa (“Rostov”, Rusiya), Daniel Subaşiç (“Hajduk”), İvan Kelava (“Dinamo” Zaqreb), Vyekoslav Tomiç (“Karabükspor”, Türkiyə)


Müdafiəçilər: Dario Srna (“Şaxtyor”, Ukrayna), Vedran Çorluka (“Tottenhem”, İngiltərə), Şime Vrsalko (“Dinamo” Zaqreb), Deyan Lovren (“Lion”, Fransa), Yosip Şimuniç (“Dinamo” Zaqreb), İvan Striniç (“Dnepr”, Ukrayna), Qordon Şildenfeld (“Ayntraxt”, Almaniya), Domaqoy Vida (“Dinamo” Zaqreb), Manuel Pamiç (“Sparta”, Çexiya)


Yarımmüdafiəçilər: Oqnyen Vukoyeviç (“Dinamo” Kiyev, Ukrayna), İvan Rakitiç (“Sevilya”, İspaniya), Tomislav Duymoviç (“Dinamo” Moskva, Rusiya), Luka Modriç (“Tottenhem”, İngiltərə), Milan Badel (“Dinamo, Zaqreb), Mato Yayalo (“Köln”, Almaniya), Ivan Perişiç (“Borussiya” D, Almaniya), Daniel Pranyiç (“Bavariya”, Almaniya), İvo İliçeviç (“Hamburq”, Almaniya)


Hücumçular: Mario Mancukiç (“Volfsburq”, Almaniya), Eduardo Da Silva (“Şaxtyor”, Ukrayna), Nikitsa Yelaviç (“Qlazqo Reyncers”, Şotlandiya), Nikola Kaliniç (“Dnepr”, Ukrayna), İvan Klasniç (“Bolton”, İngiltərə), İvitsa Oliç (“Bavariya”, Almaniya)